Tələbələr küçədə qala bilər: “Mənzil kirayələyə bilməyəcəklər”backend

Tələbələr küçədə qala bilər: "Mənzil kirayələyə bilməyəcəklər"

“Hər il avqustun sonundan başlayaraq sentyabr ayının birinci yarısına qədər, xüsusən paytaxt Bakıda və digər böyük şəhərlərdə kirayə mənzillərə təlabat həddən çox artır. Bu da tələbələrin Bakı və digər böyük şəhərlərə üz tutmasıyla əlaqədardır. Tələbat artqıca, kirayə verilən mənzillərin sayı azalır və qiymətlərdə artım müşahidə olunur”.

KONKRET.az xəbər verir ki,bunu bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspertin sözlərinə görə, kirayə mənzillərin aylıq qiymətləri onların satış qiymətiylə ölçülür. Daşınmaz əmlakın satış qiymətində artma müşahidə olunduqca, bu həmçinin onların kirayə qiymətlərinin artmasına da gətirib çıxarır:

“Bundan əlavə paytaxt ərazisində artıq 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivləri sökülüb. Nəticədə kirayə verilən mənzillərin böyük hissəsi yeni binalarla əvəzlənib.

Sökülən binada yaşayan sakinlər yeni binalardan mənzil alana qədər ortalama 2-3 il ərzində özləri kirayəyə çıxmalı olurlar. Digər tərəfdən, sökülən binaların yerində inşa olunan yeni binalarda mənzillərin aylıq kirayə qiymətləri iki dəfə bahadır. Bu da onların satış qiymətiylə əlaqədardır”.

E.Fərzəliyevin sözlərinə görə, yaxın gələcəkdə Bakıda ucuz kirayə mənzillər həm tələbələr, həm də digər sakinlər üçün əlçatan olmayacaq:

“Təxminən 90-cı illərin əvvəllərinə qədər demək olar ki, bütün ali təhsil müəssisələrinin, texnikumların yataqxanaları var idi. Bölgələrdən gələn tələbələr o yataqxanalarda qalırdılar. Bu da onları kirayə mənzillərdən xilas edirdi. Təbii ki, Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız həmin yataqxanalara sığındılar. Torpaqlarımız işğaldan azad ediləndən sonra o yerlərdə bərpa-quruculuq işləri gedir və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönürlər. Bu gün həmin yataqxanalar yaşamaq üçün yararsızdır və tələbələrin həyatı üçün təhlükə mənbəyi ola bilər. Düşünürəm ki, yaxın gələcəkdə həmin yataqxanalar sökülərək yenisiylə əvəzlənəcək. Bu isə tələbələrin böyük bir hissəsinin kirayə problemini aradan qaldıra, kirayə mənzil bazarında qiymətlərdə nisbətən yumşamla və enmələr müşahidə oluna bilər”.

Ekspertin sözlərinə görə, Bakıda daşınmaz əmlakın satış qiyməti kəskin bahadır:

“Mərkəzə yaxın ərazilərdə, xüsusən köhnə binalarda birotaqlı mənzillərin minimal qiyməti 350 manatdan başlayaraq 400-450 manat arasında dəyişir. Yeni binlarda isə bu qiymətlər daha bahadır. Otaq sayı artıqca isə kirayə qiymətlərində də artım müşahidə olunur. Satış qiymətləri isə həddən artıq bahadır. Ölkədə minimal əmək haqqı təqribən 345 manatdır. Bu məbləğ paytaxtda yerləşən ən ucuz kirayə mənzilin aylıq kirayə qiymətindən də azdır”.

Ekspert qeyd edib ki, şəhərin mərkəzində kirayə mənzillər baha olduğuna görə tələbələr kənar ərazilərə üz tuturlar:

“Orda fərdi həyət evlərində kirayə qiymətləri daha ucuzdur. Lakin bu mənzillərdə qalanda tələbələr hər gün yolda bir neçə saat vaxt itirirlər. Bu,a əlavə xərclərə dı səbəb olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*