Telegram yüzlərlə kanalı şantaj və məlumat sızmasına görə blokladıbackend

Telegram yüzlərlə kanalı şantaj və məlumat sızmasına görə blokladı

Telegram messenceri yüzlərlə kanalı şantaj, fırıldaqçılıq və şəxsi məlumatların sızdırılmasına görə bağlayıb.

KONKRET.az xəbər verir ki, platformanın qurucusu Pavel Durovun sözlərinə görə, doksing (şəxsi məlumatların yayılması) ilə məşğul olan bütün kanallar bloklanır və artıq yeni belə halların aşkarlanması üçün xüsusi alqoritmlər işləyir.

Durov bildirib ki, son 20 gün ərzində istifadəçilərdən yüzlərlə şikayət daxil olub. Araşdırma nəticəsində bəzi administratorların kompromat materiallar yayıb sonra onların silinməsi üçün qurbanlardan pul tələb etdiyi müəyyən edilib.

Onun sözlərinə görə, bu səbəbdən bloklanan kanalların administratorları barəsində danılmaz sübutlar var: onlar böhtan xarakterli paylaşımlar edərək, qarşılığında pul alıb həmin postları siliblər. Hətta bəzilərinin “qoruma blokları” adlanan — guya təqibdən qaçmaq üçün ödənilən məbləğləri satdığı da aşkar edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*