Telekanal atəşə tutuldu: Mühafizəçi həlak oldubackend

Telekanal atəşə tutuldu: Mühafizəçi həlak oldu

Bazar ertəsi gecə naməlum şəxslər Tiranada Albaniyanın “Top Channel” telekanalının ofis binasını atəşə tutublar.

KONKRET.az xəbər verir ki, bu barədə telekanalın internet saytında məlumat verilib.

Bildirilib ki, hadisə yerli vaxtla təxminən saat 01:00-da baş verib. Hücum nəticəsində mühafizəçi ölüb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

İlkin məlumatlara görə, şübhəlilərə məxsus yanmış avtomobil tapılıb.

Albaniyanın Baş naziri Edi Rama hüquq-mühafizə orqanlarını operativ reaksiya verməyə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*