Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu – TƏFƏRRÜATbackend

Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu - TƏFƏRRÜAT

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılovun Monteneqroda saxlanılmasının səbəbi məlum olub.

KONKRET.az-ın məlumatına görə, Lenta.ru HTB telekanalına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı bir neçə qətlin təşkilatında ittiham olunur. Qeyd olunur ki, söhbət iki iş adamı – Vladimir Savkin və Yuri Brılyovun 11 noyabr 2016-cı il tarixində öldürülməsindən  gedir. Rusiyada Telman İsmayılovu ömürlük həbs gözləyir. Bundan əlavə qeyd olunur ki, iş adamlarının öldürülməsindən başqa, T.İsmayılov müğənni Avraam Russonun 2004-cü ildə qaçırılmasında da ittiham olunur.

Qeyd edək ki, bir qədər əvvəl Telman İsmayılovun vəkiliMarina Rusakova azərbaycanlı iş adamının saxlanılması haqda xəbəri təsdiq etməyib və deyib ki, hələlik bu barədə heç bir məlumatı yoxdur. Vəkilin sözlərini RİA-Novosti agentliyi yayıb. Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*