“Təmas xəttində itkilər əvvəlkindən daha çoxdur” – Ukrayna ordusubackend

"Təmas xəttində itkilər əvvəlkindən daha çoxdur" - Ukrayna ordusu

Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları hazırda təmas xəttində olan itkilərinin əvvəlkindən çox olduğunu açıqlayıb. 

KONKRET.az xarici mediaya istinadən xəbə verir ki, buna səbəb Rusiya ordusunun cəbhədə davamlı təzyiq göstərməsi və intensiv döyüşlərin olmasıdır.

Ukrayna Silahlı Qüvvələrinin Jaeger briqadasının komandiri Yuri son döyüşlərin çox şiddətli olduğunu söyləyib.

Briqada komandiri tabeliyində olanların ölümlərinin dəqiq sayını açıqlamasa da, bölmədəki vəziyyəti dağıntı kimi qiymətləndirib.

Ukrayna Silahlı Qüvvələrinin adı açıqlanmayan digər döyüşçüləri də qeyd ediblər ki, Kursk vilayətinə hücum Ukrayna qoşunlarının Donbassda, xüsusən də Krasnoarmeyski (Pokrovski) istiqamətində mövqelərini təslim etməsi ilə nəticələnib.

Ayla Günəş,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*