Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdıbackend

Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə “ruhi xəstə” adlandırıb.

KONKRET.az xəbər verir ki, Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın bu gün parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi  ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı “torpaqları qaytarmağın vaxtıdır” deyib.

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edir”,- Musinyan bildirib.

Bu arada Ter-Petrosyanın koronavirusa yoluxduğu və hazırda müalicə olunduğu da açıqlanıb. Arman Musinyan bildirib ki, keçmiş prezidentin koronavirus testi bu günlərdə müsbət çıxıb. Virtualaz.org

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*