Tərcümənin səhv olduğunu anlayan Putin almanca danışdı – VİDEObackend

Tərcümənin səhv olduğunu anlayan Putin almanca danışdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Soçidə alman sahibkarlarla bir araya gəlib.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, fikirlərinin düzgün tərcümə olunmadığını hiss edən Rusiya lideri özü almanca danışmağa başlayıb.

Onun bu hərəkəti qonaqların gülüşünə səbəb olub. Bir müddət almanca danışan Putin “söylədiklərimi daha sonra sizə deyəcəm. Çox da maraqlı fikirlər deyildi” söyləyərək gülümsəyib. Sözlərinin ardından Putin çıxışını rus dilində davam etdirib.

Şərqi Almaniyada KQB agenti işləyən Rusiya lideri Putin bəzən alman dilində də danışır. O, Almaniya kansleri Angela Merkel və Avstriya prezidenti Aleksandr Van der Bellen ilə alman dilində danışıb və dəvət məktublarına alman dilində cavab verib.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*