Terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırbackend

Terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin cinayət işi üzrə məhkəmə başlayır.

KONKRET.az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib.

Qeyd edək ki, Zeynəddin Hacıyev Cinayət Məcəlləsinin 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*