Tərtərdə iki nəfərin qətli ilə bağlı YENİ XƏBƏRbackend

Tərtərdə iki nəfərin qətli ilə bağlı YENİ XƏBƏR

Tərtərdə iki nəfərin qətlində təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə itbidai istintaq başa çatıb.

KONKRET.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Abdulla Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin olunub.

Qeyd edək ki, bu ilin fevralın 19-da Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair prokurorluğa məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Asəf Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib. Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*