Təsdiqlədilər – Ermənistana silah veriləcəkbackend

Təsdiqlədilər – Ermənistana silah veriləcək

“Avropa Birliyi (AB) Ermənistan silahlı qüvvələrinə öldürücü olmayan silahlar məsələsində dəstək vermək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bunu AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos deyib.

Avropalı diplomat bildirib ki, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir:

“Bu, Avropa Sülh Mexanizminin çərçivəsinin bir hissəsidir”.

Maraqos həmçinin əlavə edib ki, AB Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsi və tənzimlənməsinə sadiq qalır.

Onun sözlərinə görə, Ermənistan və AB təhlükəsizlik sahəsində əməkdaşlıqda irəliləyiş əldə edib. Bu kontekstdə o, siyasi dialoqun aktivləşdirilməsinə, eləcə də təhlükəsizliklə bağlı məsələlərin aydın müzakirəsinə diqqət çəkib./Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*