Sən demə, təşəkkür hissi oqanizmə müsbət təsir edirmişbackend

Sən demə, təşəkkür hissi oqanizmə müsbət təsir edirmiş

Təşəkkür etmək tərbiyədən, şükür etmək imandan xəbər verir. Amma getdikcə hər ikisi unudulur və hamıda alınmır.

KONKRET.az medicina-ya istinadən xəbər verir ki, psixoloqlar elmi araşdırmada naşükürlüyün, minnətdar olmamağın insanın həyatına və sağlamlığına təsirini öyrənib.

Qədim filosoflar şükrün fiziki və mənəvi sağlamlığa səbəb olduğunu deyirdi, müasir psixoloqlar da bunu təsdiq edir.

Boston universitetinin alimləri təşəkkürün psixikanı müsbətə doğru dəyişdiyini sübut edib.

Məsələn, adi “çox sağ ol”, “təşəkkür edirəm” sözləri hər iki tərəfin əhvalını yüksəldir.

Eksperiment göstərib ki, pozitiv təsir təkcə təşəkkür edənin yox, ünvanlanan şəxsin də sağlamlığında özünü göstərir.

Şükranlıq təzyiqi normallaşdırır, immuniteti möhkəmləndirir.

Bu hiss insanda stresi azaldır, gündəlik problemləri aşmağa güc verir, özgüvəni və optimizmi artırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*