“Tesla” 300 mindən çox avtomobili GERİ ÇAĞIRIRbackend

Tesla” 300 mindən çox avtomobili GERİ ÇAĞIRIR

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da təxminən 321 min avtomobili geri çağırır.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, buna səbəb avtomobillərin arxa işıqlarının işləməməsi ilə bağlı müştərilərin şikayəti olub.

Bildirilir ki, problem səbəbindən indiyədək heç bir qəza və ya xəsarət qeydə alınmayıb.

Geri çağırılma 2023 “Tesla” “Model3” və 2020-2023 “Model Y” elektrik avtomobillərinə aiddir.

Qeyd edək ki, “Tesla” 30 minə yaxın “Model X” avtomobilini hava yastığı ilə bağlı problemə görə geri çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*