“Tesla” bir milyondan çox avtomobilini geri çağıracaqbackend

“Tesla” bir milyondan çox avtomobilini geri çağıracaq

“Tesla” şirkəti ABŞ-dakı 1,1 milyon avtomobilini geri çağıracaq.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb avtomobillərin şüşələrinin çox tez bağlanması göstərilir.

Bildirilir ki, şirkət bununla bağlı problemi avqust ayında istehsal sınaqları zamanı aşkar edib.

Şirkət tərəfindən problemlə bağlı heç bir qəza, xəsarət və ölüm halları barədə məlumat verilməyib.

“Tesla” tərəfindən edilən açıqlamada qeyd edilib ki, problem proqram yeniləməsi ilə aradan qaldırılacaq və nəqliyyat vasitələrinin sahiblərinə noyabrın 15-dən etibarən məktubla məlumat veriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*