Test nəticələri pozitiv çıxan məşhurların ifadələri ortaya çıxdıbackend

Test nəticələri pozitiv çıxan məşhurların ifadələri ortaya çıxdı

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində bir sıra tanınmış simaların Prokurorluqda verdikləri ifadələr məlum olub. Kubilay Aka, Dilan-Engin Polat cütlüyü, Talu bacıları və Metin Akdülger kimi adların yer aldığı sənəddə bəziləri nəticələrə etiraz edib, bəziləri isə narkotik maddə istifadə etdiklərini etiraf ediblər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma zamanı 8 məşhurun saç və ya qan nümunəsində narkotik maddə, 4 nəfərdə isə antidepresant tərkibli maddələr aşkarlanıb.

8 oktyabrda həyata keçirilən əməliyyatda müğənni, aktyor və fenomenlərin də olduğu 19 məşhur ifadə üçün Jandarma Komandanlığına çağırılıb. Saç və qan analizi nəticələrinə əsasən aşağıdakı ifadələr üzə çıxıb:

Kubilay Aka: “Taylandda müalicə zamanı verilən dərmandandır”

Aktor Kubilay Aka ifadəsində Bangkokda tətil zamanı ciddi baş ağrısı keçirdiyini, klinikaya getdiyini və orada ona dərman verildiyini bildirib.
Qanın­da çıxıb, saçında çıxmayan maddənin bu müalicə ilə əlaqəli ola biləcəyini, narkotik istifadə etmədiyini deyərək nəticəyə etiraz edib.

Derin və Deren Talu: “Antidepresan istifadə edirik, narkotik yox”

Defne Samyelinin qızları Derin və Deren Talu ifadələrində antidepresan istifadə etdiklərini, lakin narkotik maddə qəbul etmədiklərini deyərək test nəticələrini qəbul etmədiklərini bildiriblər.

Metin Akdülger: “Xaricdə istifadə etmişdim”

Aktor Metin Akdülger isə qanında çıxan maddənin səbəbini xaric səfəri zamanı istifadə etməsi ilə izah edərək etiraf edib.

Dilan-Engin Polat cütlüyü

Həm saçında, həm qanında narkotik maddə aşkarlanan sosial media fenomeni Dilan Polat isə, təbii saçdan hazırlanmış protez saç istifadə etdiyini, maddənin protezdən keçmiş ola biləcəyini deyərək inkar edib.
Əri Engin Polat isə antidepresant istifadə etdiyini, bunun reseptini təqdim edəcəyini bildirib.

Kaan Yıldırım: “Nəticə səhvdir”

Aktor Kaan Yıldırım qanında narkotik maddə çıxmasına baxmayaraq saçında rast gəlinmədiyini əsas göstərərək nəticənin səhv olduğunu iddia edib və narkotik istifadə etmədiyini bildirib.

Feyza Altun: Etiraz edəcək bir durum olmadı

Vəkil Feyza Altunun nümunələrində yalnız antidepresan tərkibli maddə aşkarlanıb, digər maddələrə rast gəlinmədiyi üçün ifadəsində hər hansı etiraz etməyib.

Adli Tibb qurumunun hesabatına əsasən, Hadisə, İrem Derici, Mert Yazıcıoğlu, Özge Özpirinçci, Duygu Özsalan, Demet Evgar və Meriç Aral kimi məşhurların nümunələrində hər hansı narkotik maddə tapılmayıb.

İstintaqın digər detalları ilə bağlı proses davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*