Tətil elan olundu – Bu tarixlərdə ardıcıl 5 gün iş olmayacaqbackend

Tətil elan olundu - Bu tarixlərdə ardıcıl 5 gün iş olmayacaq

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

KONKRET.az bildirir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Yəni 15, 16, 17, 18 və 19 iyun – ardıcıl 5 gün qeyri-iş günləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*