“Nikol Əliyevin daha bir tələbini yerinə yetirir, bu, Qarabağın silahsızlaşdırılması və ermənisizləşdirilməsidir”.
KONKRET.az xəbər verir ki, bunu parlamentin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan “Facebook” səhifəsində yazıb.
Onun yazdığına görə, Paşinyan Əliyevin növbəti tələbini yerinə yetirir, erməniləri Qarabağdan çıxarmaq istəyir.
“Generalların çoxunun çavuş olmağa layiq olmadığı aydındır. Nikol Paşinyanın nə etsə də, müharibədə və məğlubiyyətdə bir nömrəli günahkar və məsul şəxs statusundan hələ də təmizlənə bilməyəcəyi də aydındır. Amma problem başqadır.
Hərbçilərin həbsi, ordunun gözdən salınması daha dərin və dövlət əleyhinə məqsəd güdür.
Bildiyiniz kimi, Azərbaycanın rəhbəri İlham Əliyev Qrabağın demilitarizasiyasını və Ermənistan ordusunun bərpa olunmamasını tələb edir. Ötən gün İrəvandan ona məlumat verilib ki, Qarabağda daha Ermənistan hərbi hissələri yoxdur. İndi “arsax müdafiə ordusu”nun məhv edilməsi mərhələsi gəlib çatıb ki, bu da ordu elitasını korlamaq və elita arasında qorxu mühiti yaymaq üçün edilir.
Cəlalın və onun kimilərinin kiçik adamlar olması faktdır. Öz dərisini xilas etməyə belə cəsarəti çatmır. Amma onlar bu böyük prosesdə kiçik detallardır. Onlar məğlubiyyətin günahını Nikoldan hərbçilərin üzərinə atmaq üçün deyil, ordunun məhvini rəvan həyata keçirmək üçün həbs edilirlər. Bu, ordunu nüfuzdan salır və onun parçalanması üçün “ictimai tələb” formalaşdırır.
Qarabağı tərksilah etmək və ermənisizləşdirmək vəzifəsi qoyulub, onun ətrafında Nikol Paşinyan və İlham Əliyev strateji razılığa gəliblər. Əliyev artıq bunu açıq bəyan edib”, – deyə deputat yazıb.
Xuraman Etibarlı,
KONKRET.az