İrandan yeni TƏXRİBAT: Bu dəfə Azərbaycana Nigeriyadan HÜCUM EDİRbackend

İrandan yeni TƏXRİBAT: Bu dəfə Azərbaycana Nigeriyadan HÜCUM EDİR

İran rejimi Azərbaycana qarşı növbəti təxribata əl atıb.

KONKRET.az xəbər verir ki, bu dəfə onlar Nigeriyada hazırda Azərbaycanda həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadəyə qarşı “təqib və işgəncələri” pisləyən aksiya təşkil edib.

İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan Təsnim Xəbər Agentliyinin məlumatına görə, nigeriyalı müsəlmanlar Azərbaycanda şiə lideri Hacı Talehin həbsinə qarşı çıxıb.

İslami Hərəkatların Akademik Forumunun milli katibi Abdullah Musa Nigeriyanın paytaxtı Abuca şəhərindəki məscidin qarşısına toplaşan etirazçılara bildirib ki, Azərbaycan hökuməti Müsəlman Birliyi Hərəkatını “qanunsuz olaraq təqib edir”.

Aralarında çoxlu gəncin də olduğu nümayişçilər küçələrə çıxaraq “Amerikaya ölüm, İsrailə ölüm” şüarları səsləndiriblər.

“Mitinqin mahiyyəti Azərbaycandakı bacı və qardaşlarımızla, xüsusən də onların lideri Hacı Taleh Bağırzadə ilə həmrəylik nümayiş etdirməkdir”, – deyə Nigeriyadakı İslami Hərəkatının digər üzvü Bala Həsən Bauçi deyib.

“Biz bu fürsətdən istifadə edərək Azərbaycan hakimiyyətini onları dərhal azad etməyə çağırırıq” – deyə o bildirib.

Oxşar aksiyanın Nigeriyanın Kano əyalətində də təşkil olunduğu qeyd edilir.

Xatırladaq ki, əvvəllər özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qrupun bir neçə üzvü İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərinə görə Azərbaycanda həbs edilib. Xüsusilə, bir neçə həftə əvvəl Azərbaycan əks-kəşfiyyatı İran İslam Respublikasının xeyrinə casusluqda ittiham olunan bu hərəkatın bir neçə üzvünün fəaliyyətini dayandırıb.

Bütün bunlar Bakı ilə Tehran arasında artan gərginlik fonunda baş verib. Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələri İranla həmsərhəd rayonlarda, Bakıda və Xəzər dənizi sahillərində “Qardaş yumruğu” kod adlı irimiqyaslı birgə təlimlər keçirib.

İsrail mətbuatının yazdığına görə, bu təlimlər İranda əsl panikaya səbəb olub. Razılaşdırılmış Azərbaycan-Türkiyə hərbi təlimləri İran rəhbərliyinə güclü siqnaldır – deyə məlumatda qeyd olunub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*