Teymur Rəcəbovdan heç-heçəbackend

Teymur Rəcəbovdan heç-heçə

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir.

KONKRET.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb.

Şahmatçımızın növbəti qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var.

Xatırladaq ki, iddiaçılar turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*