Təyyarə gözlənilmədən təcili eniş etdi –Səfirlik işə qarışdıbackend

Təyyarə gözlənilmədən təcili eniş etdi – Səfirlik işə qarışdı

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Pekin – Daşkənd marşrutu ilə uçan “Özbəkistan Hava Yolları” təyyarəsi gözlənilmədən təcili olaraq Çinin Lanjou şəhərinə eniş edib.

HY-502 reysi ilə uçan Özbəkistan Hava Yollarına məxsus təyyarənin enmə səbəbi sərnişinlərin sağlamlıqlarının pisləşməsi olub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qeyd edək ki, göyərtdə də Özbəkistanın üç vətəndaşı, habelə Rusiya vətəndaşının həyat yoldaşı və oğlu özlərini qəfil pis hiss ediblər.

Təyyarə eniş etdikdən və ilk tibbi yardım göstərildikdən sonra 5 sərnişin şəhər klinik xəstəxanasına yerləşdirilib.

Səfirlik tibb müəssisəsi ilə daimi əlaqə qurub və vəziyyəti nəzarətdə saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*