Təyyarə komandiri uçuş zamanı dünyasını dəyişibbackend

Təyyarə komandiri uçuş zamanı dünyasını dəyişib

“Türk Hava Yolları”na məxsus təyyarənin komandiri Sietl-İstanbul reysi zamanı dünyasını dəyişib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan sonra təyyarə Nyu-Yorka planlaşdırılmamış eniş edib. Məlumatda bildirilir ki, Sietl-İstanbul TK204 reysini həyata keçirən TC-LGR qeydiyyat nömrəli Airbus A350 təyyarəsinin komandiri İlcin Pehlivan uçuş zamanı huşunu itirib. İlk tibbi yardım nəticə verməyib  və ekipaj təcili eniş etmək qərarına gəlib. Lakin kapitan təyyarə havadaykən dünyasını dəyişib.

Aviaşirkətdən bildirilib ki, 59 yaşlı pilot bu yaxınlarda aviasiya mərkəzində məcburi tibbi müayinədən keçib və səhhətində işinə mane olacaq hər hansı problem aşkar edilməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*