Finiksdən Honoluluya uçan “Hawaiian Airlines”ə məxsus təyyarənin turbulent zonaya düşməsi nəticəsində 36 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, təyyarə Honoluludan 30 dəqiqəlik məsafədə turbulentlik zonasına düşüb. Təcili yardım xidmətləri ümumilikdə 20 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 11-nin vəziyyəti ağırdır.
Qeyd olunub ki, ümumilikdə təyyarədə 278 sərnişin və on ekipaj üzvü olub.
İqbal Rzayev,
KONKRET.az