Təyyarədə QORXULU HADİSƏ: Uçuş zamanı QAPISI AÇILDI – VİDEObackend

Təyyarədə QORXULU HADİSƏ: Uçuş zamanı QAPISI AÇILDI - VİDEO

Asiana Hava Yollarına aid təyyarənin qapısının uçuşun ortasında qəfil açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, Asiana Hava Yollarına aid təyyarənin qapısının uçuşun ortasında açılması sərnişinlər az qala təyyarədən yıxılmasına səbəb olacaqdı.

Asiana Airlines-ə məxsus təyyarənin təcili çıxışı (qəza çıxışı) təyyarə Cənubi Koreyaya eniş etməzdən əvvəl açılıb.

Layner təcili olaraq Cənubi Koreyanın Daequ hava limanına endirilib.

Doqquz sərnişin oksigen çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, təyyarədə 194 sərnişin olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*