Təyyarənin hər iki pilotu uçuş zamanı yuxuya getdi – FOTObackend

Təyyarənin hər iki pilotu uçuş zamanı yuxuya getdi - FOTO

Efiopiya Hava Yollarına məxsus təyyarənin pilotları uçuş zamanı yuxuya gedib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Aviation Herald” məlumat yayıb.

Bildirilib ki, hadisə Xartum – Əddis-Əbəbə reysi ilə uçan “Boeing 737-800” tipli təyyarədə baş verib.

Hava dispetçerləri dəfələrlə cəhd etsələr də pilotlarla əlaqə saxlaya bilməyiblər.

Pilotlar avtopilotun həyəcan siqnalı ilə oyanıblar.

Təyyarə Əddis-Əbəbəyə təxminən 25 dəqiqə gec eniş edib.

Aviaşirkətdən məsələ ilə bağlı açıqlama verilməyib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*