“The New York Times”ın əməkdaşları TƏTİL EDƏCƏKLƏRbackend

The New York Times”ın əməkdaşları TƏTİL EDƏCƏKLƏR

“The New York Times”ın 1800 əməkdaşından 1100-ü həmkarlar ittifaqı ilə nəşriyyat arasında uzun müddətdir razılığın olmamasına etiraz olaraq dekabrın 8-i keçiriləcək bir günlük tətildə iştirak edəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, qəzet ilə “NewsGuild of New York” ittifaqı arasındakı müqavilə 2021-ci ilin martında başa çatıb, lakin tərəflər hələ də yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.

“Onların təklifi iqtisadi reallığı əks etdirmir, ABŞ-da əmək haqqı artımına uyğun gəlmir”, – həmkarlar ittifaqı “The New York Times”a açıqlamasında bildirib.

Qeyd edək ki, qəzet işçiləri sonuncu dəfə 1981-ci ildə tətil ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*