Tbilisidəki Ədliyyə Evindən insanlar bomba çağırışına görə təxliyə edilib.
KONKRET.az xəbər verir ki, Gürcüstan KİV-lərinin məlumatına görə, administrasiyaya binaya bomba qoyulması ilə bağlı anonim zəng gəlib.
Polis binanı mühasirəyə alıb. Hazırda ərazidə kriminalistlər, istehkamçılar və kinoloqlar işləyir.
Gürcüstan Daxili İşlər Nazirliyi hələlik heç bir açıqlama verməyib.
Burhan,
KONKRET.az