“Tikinti briqadasında işləmişəm, dülgər ixtisasım var” – Putinbackend

"Tikinti briqadasında işləmişəm, dülgər ixtisasım var" - Putin

“Gəncliyimdə dördüncü kateqoriyalı dülgər ixtisasına yiyələnmişəm və bu həyatımda mühüm rol oynayıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin məktəblilərlə görüşündə deyib.

Şagirdlərdən biri prezidentə məktəblərin əmək təhsili üçün tikiş maşınları və dəzgahlar kimi avadanlıqlarla təchiz olunması ilə bağlı sual verib.

Putin cavab verib ki, bu istiqamətdə çox işlər görülür.

“Əmək bacarıqları təkcə ixtisas əldə etmək üçün deyil, həm də insana daxili nizam-intizam üçün lazımdır. Mən bu barədə artıq ictimaiyyət qarşısında demişəm və bir daha fəxrlə təkrar edə bilərəm ki, tikinti briqadasında işləmişəm və “4-cü kateqoriyalı dülgər” ixtisasına layiq görülmüşəm. Mən hələ də bununla fəxr edirəm, baxmayaraq ki, beşinci və ya altıncı kateqoriyalı dülgər olmamışam”, – deyə Putin bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*