Tikinti materialları niyə bahalaşır? – “Bir neçə səbəbi var”backend

Tikinti materialları niyə bahalaşır? - “Bir neçə səbəbi var”

Tikinti bazarında qiymət artımı müşahidə olunur. Bahalaşmanın səbəbinin yay fəsili ilə əlaqələndirənlər olsa da, bəzi ekspertlər bu arqumentlə razılaşmır.

Maraqlıdır, bahalaşmaya səbəb nədir? Qarşıdakı aylarda inşaat mallarında ucuzlaşma mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bahalaşmanın əsas səbəblərini açıqlayıb:

“Bahalaşmanın bir neçə səbəbi var. Birincisi, yanacağın qiymətinin bahalaşması digər sektorlara da öz təsirini göstərir. Dizelin 25 % bahalaşması daşınma xərclərini də artırıb. Bundan başqa, əvvəl avtonobillərlə normadan artıq yük daşımaq mümkün idi. İndi isə yollarda buna nəzarət edən ağllı radarlar qurşadırılıb. Məsələn, əvvəllər 40 tonluq qumu bir dəfəyə aparırdınsa, indi gediş sayı artıb. Qarabağda da quruculuq işləri aparılır, bu da daha çox məhsulun sərfi deməkdir. Ölkəmizdə COP29 keçiriləcək və bu da tikinti bazarına təsirsiz ötüşməyib”.

Ekspert qarşıdakı aylarda cüzi ucuzlaşmanın olacağını proqnozlaşdırır:

“Qış aylarında cüzi ucuzlaşmanın olacağını proqnozlaşdırmaq olar. Noyabr-dekabr aylarında mövsümlə bağlı bahalaşan məhsulların qiyməti enə bilər. Lakin bu ucuzlaşma böyük rəqəmlərlə ifadə olunmayacaq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*