“TikTok” ABŞ-la problemləri həll etmək üçün bu addımı atdıbackend

"TikTok" ABŞ-la problemləri həll etmək üçün bu addımı atdı

TikTok” rəhbərləri ABŞ-ın milli təhlükəsizlik riskləri ilə bağlı problemləri həll etmək üçün Çin texnoloji şirkəti “ByteDance”dən ayrılmağı müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi “TikTok“un bu problemi həll etmək üçün hazırkı təkliflərindən razı deyil.

Eyni zamanda, mümkün ayrılma Çin hökuməti tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası senatorlar tərəfindən martın 7-də təqdim edilən Çinin “TikTok” tətbiqinə qadağa qoyulmasına icazə verən qanun layihəsini dəstəkləyib. Martın əvvəlində isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi oxşar qanun layihəsini dəstəkləyib, lakin bu, demokratların tənqidinə səbəb olub.

Martın 7-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, hökumət sosial şəbəkənin ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratdığına inanır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*