Azərbaycanla danışıqlarda Ermənistanın maraqları heç bir şəkildə təmin olunmur.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikiri parlamentin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan səsləndirib.
Onun sözlərinə görə, burada Azərbaycanın tələbləri gündəmdədir:
“Ağızları köpüklənərək bəyan edirlər ki, danışıqlar prosesinin müəyyən məsələləri ətrafında Vaşinqtonda nəticələr əldə olunub. Danışıqlarda Ermənistanın maraqları heç bir şəkildə təmsil olunmur, Azərbaycanın tələbləri gündəmdədir. Ona görə də yaxşı gözləntilər ola bilməz”.
İqbal Rzayev,
KONKRET.az