“Ermənistan Respublikasının hakimiyyət orqanları Əliyev və Ərdoğanın tələblərini yerinə yetirməsələr, onlar güc tətbiqinə əl atacaqlar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Mənim şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, Paşinyan Əliyev və Ərdoğanla münasibətlərində çoxdan puç olmuş qürur və ləyaqətini ayaqlar altına atıb. Onlar Paşinyana gülümsəməklə eyni zamanda üzünə də tüpüblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az