Titrəyən kansler istirahətə “Titrəyən qadın” romanıyla getdi – Merkel dağlara çəkildibackend

Titrəyən kansler istirahətə “Titrəyən qadın” romanıyla getdi - Merkel dağlara çəkildi

Almaniyanın ictimaiyyət arasında üç dəfə ard-arda əsməcə tutması keçirən kansleri Angela Merkel növbədənkənar və uzunmüddətli məzuniyyətə çıxıb. Dünən o, işdə olub, görüşlər keçirib və sonra Alp dağlarına 28 günlük istirahətə yollanıb.

Konkret.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri iyulun 25-də Bayroyetdə “Tanqeyzer” operasının premyerasında iştirak edəcək, sonra yenidən dağlara gedəcək.

Almaniyada çıxan “Bild” qəzeti yazır ki, frau Merkel istirahətə gedərkən özüylə ameirkalı qadın yazıçı Siri Hustvedtin “Titrəyən qadın” romanını götürüb. Bu yazıçı özü bir neçə il ərzində əsəb pozğunluğundan əziyyət çəkib, daha sonra sözügedən dramatik səciyyəli avtobioqrafik romanını nəşr etdirib.

Xatırladaq ki, 65 yaşlı Merkel birinci dəfə iyunun 18-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı əsib. O zaman bunu havanın isti olmasının ayağına yazıblar. Daha sonra bu hal onda iki dəfə təkrar olunub və kansler dövlət himnini kresloda oturraraq dinləməyə məcbur olub.

Tibb mütəxəssislərinin rəyinə görə, Merkel 50-60 yaş arasında insanlarda rast gəlinən ortostatik tremor xəstəliyindən əziyyət çəkir.

Merkel məzuniyyətə çıxmazdan əvvəl jurnalistlərə 2021-ci ildə siyasi fəaliyyətinə son verəcəyini deyərək əlavə edib: “Bundan sonrakı həyatımı sağlam yaşamaq istərdim”.

Əgər Merkelin səhhəti ilə bağlı hər hansı bir ciddi problem yaranarsa, hakim partiya kansler postuna yeni namizəd irəli sürəcək. Merkel özü 56 yaşlı müdafiə naziri Anneqret Kramp-Karrenbauerin namizədliyini dəstəkləyir.

O, çox adamın tanımadığı əyalət siyasətçisidir və Merkel onu ucqarlardan çəkib gətirərək öz varisi edib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*