Tofiq Yaqublu xəstəxanaya yerləşdirilirbackend

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi  “Facebook”da məlumat yayıb.

“Tofiq Yaqublu indilərdə “City Hospital”a gətirilir”, – deyə o bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*