Töhmət alan icra başçısı gündəmdə: Bu cəzanı alan şəxsləri nə gözləyir?backend

Töhmət alan icra başçısı gündəmdə: Bu cəzanı alan şəxsləri nə gözləyir?

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyəti başçısına töhmət elan edilməsi ictimai müzakirələrə səbəb olub. Bəs töhmət hansı hallarda verilir və bu cəzanı alan şəxsi gələcəkdə nə gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, töhmət əmək qanunvericiliyi çərçivəsində tətbiq edilən intizam tənbehidir.

Yazıçılar Birliyindən meyit qoxusu gəlir - Müşfiq Abbas...

Onun sözlərinə görə, töhmət yalnız işəgötürən tərəfindən işçiyə elan olunur və əmək intizamının pozulması kimi qiymətləndirilir:

“Töhmət əmək məcəlləsinin tələblərinə uyğun verilir. Bu, inzibati xəta və ya cinayət məsuliyyəti yaratmır. Sadəcə intizam pozuntusu hesab olunur və əmək münasibətləri çərçivəsində tənzimlənir.

Töhmət alan şəxs sonradan eyni nöqsanları təkrarlayarsa, daha ağır tənbeh tədbirləri tətbiq oluna bilər. Belə ki, növbəti mərhələdə şiddətli töhmət verilə, şəxs aşağı vəzifəyə keçirilə və ya hətta işdən azad edilə bilər”.

Ekspert vurğulayıb ki, töhmətin əsas məqsədi cəzalandırmaq deyil, əmək intizamını bərpa etməkdir. Lakin əməkdaş bu xəbərdarlıqdan nəticə çıxarmadıqda, işəgötürənə daha ciddi qərarlar vermək üçün tam hüquqi əsas yaranır.

Aynurə İsmayıl

KONKRET.az

  • Əliəddin Abbasov
    Fevral 18, 2026 - 13:57

    Dünən bu məsələ ilə bağlı Azpolitika.info-da fikrimi bildirmişəm. Ən böyük cəza MƏHZ ELDAR ƏZİZOVA verilməlidir. 5-6 kvadrat metrlik çox pis qəzalı vəziyyətdə olan giriş balkonunu nə BŞİH, nə Səbail İH, nə də hansısa qurum təmir etmək istəməsin belə, öz hesabıma da təmir etdirməyə icazə vermirlər. Guya yaşadığım bina tarixi əhəmiyyətli binadır. 1906-1907-ci illərdə tikilib. Adamın əti tökülür. Tarixi əhəmiyyətli binaya belə münasibət sadəcə UTANCVERİCİDİR. Bu binada hər kəsin kefi istədiyi şəkildə yenidənqurma işləri görüblər. Təbii ki, hər görülən işin haqq-hesabı qarşılığında. İnanmayan bu binada 5-c- mərtəbənin ucaldılmasından tutmuş, digər hoqqalara qədər. Bəyəm bunlardan Eldar Əzizovun və onun yardımşılarının xəbəri yoxdur. Yaşadığım ü ünvan: Üzeyir bər Hacıbəyi, 19/12-14. İnanmayanlar gəlib baöa bilərlər. İnstansiya qalmayıb ki, müraciət etməyim. Sanki 40 arşınlıq quyuya daş atırsan. Absurd cavablar İNTELLEKTUALLARInın absurd cavablarını almaqdan savayı heç nə gözləmək mümkün deyi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*