Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqlədibackend

Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqlədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Qazaxıstan lideri bu barədə danışıqlar zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyana deyib.

Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar sahələrdə, eləcə də rəqəmsallaşma sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qazaxıstan və Ermənistan dövlət başçıları regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*