Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavinini işdən azad edibbackend

Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavinini işdən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) rəhbərinin iki müavinini dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

Bildirilir ki, MTK sədrinin müavinləri Osipov Marat Saparoviç və Erqojin Daulet Ediloviç tutduqları vəzifələrdən azad ediliblər.

Prezidentin fərmanı ilə Bakıtbek Jamalbekoviç Kosjanov və Askar Baymerdenoviç Amerxanov MTK rəhbərinin yeni müavinləri təyin ediliblər.

Qeyd edək ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Kərim Məsimov vəzifəsindən azad edilib. O, dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb. Saxlanılan K.Məsimov Təhlükəsizlik Şurasının yanvarın 5-də keçirilmiş iclasında iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*