Tokayev Qazaxıstan parlamentini BURAXDIbackend

Tokayev Qazaxıstan parlamentini BURAXDI

Martın 19-da Qazaxıstanda parlamentin aşağı palatasına (Məclisə) növbədənkənar seçkilər keçiriləcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı müvafiq sərəncamı respublika Prezidenti Kasım-Jomart Tokayev imzalayıb:

“Qərar verirəm: yeddinci çağırış Qazaxıstan Respublikası Parlamentinin Məclisi buraxılsın. Qazaxıstan Respublikası Parlamenti Məclisinə növbədənkənar seçkilər 2023-cü il martın 19-na təyin edilsin”.

Məlumata görə, seçkilər 2025-ci ildə keçirilməli idi. Ancaq Qazaxıstan Konstitusiyasında 2022-ci ildə edilən dəyişikliyi əsas götürən Tokayev növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, o, yanvarın 19-da Aşağı Palatanın sədri və Baş nazirlə məclisin buraxılmasına dair məsləhətləşmə də aparıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*