Tokayev rəsmi səfərlə Türkiyədə – Ərdoğan şəxsən qarşıladıbackend

Tokayev rəsmi səfərlə Türkiyədə – Ərdoğan şəxsən qarşıladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmi səfərlə Türkiyəyə gəlib.

KONKRET.az xəbər verir ki, onu Ankarada hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.

Səfər çərçivəsində Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Görüşdə iki ölkə lideri ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcək, həmçinin bir sıra qarşılıqlı sazişlər imzalanacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*