Tokio-2020: Sabah 3 idmançımız mübarizə aparacaq – ADLARbackend

Tokio-2020: Sabah 3 idmançımız mübarizə aparacaq - ADLAR

Sabah Tokio Olimpiadasında daha üç idmançımız mübarizə aparacaq.

KONKRET.az xəbər verir ki, Bakı vaxtı ilə saat 06:00-dan etibarən cüdoda kişilərin 90 və qadınların 70 kq çəki dərəcələri üzrə görüşlər keçiriləcək.

Azərbaycan kişilərdə Məmmədəli Mehdiyevlə təmsil olunacaq. Lakin idmançımız ilk görüşdən azaddır. Məmmədəli 1/8 finalda Rafael Masedo (Braziliya) – İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

İndoneziya əsilli badmintonçu Eydi Reski Dvikahyo L qrupunda sonuncu – ikinci görüşünü saat 15:00-da keçirəcək. Onun qrup qalibi olması üçün son Avropa çempionu Anders Antonseni (Danimarka) məğlub etməsi lazımdır.

Həmçinin Kuba əsilli boksçumuz Alfonso Dominqes 81 kq-da mübarizəyə qoşulacaq. O, saat 15:27-də 1/8 final çərçivəsində Dilşadbəy Ruzbetovla (Özbəkistan) görüşəcək.

Qeyd edək ki, indiyədək 17 idmançımız Olimpiada ilə vidalaşıb. Hələ ki, heç bir idmançımız Azərbaycanın aktivinə medal yazdıra bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*