Tokio-2020: Türkiyəni təmsil edən Ramil Quliyev finala çıxa bilmədibackend

Tokio-2020: Türkiyəni təmsil edən Ramil Quliyev finala çıxa bilmədi

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.

KONKRET.az xəbər verir ki,  31 yaşlı idmançı yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.

Həlledici mərhələyə 3 qrupda ilk iki sıranı tutanlar və ən sürətli iki atlet yüksəlib.

***

10:40
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

KONKRET.az xəbər verir ki, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində 20.54 saniyə ilə finişə ikinci çatıb və yarımfinala yüksəlib.

Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*