Törətdiyi cinayətlərə görə 3000 il müddətinə HƏBS EDİLDİbackend

Törətdiyi cinayətlərə görə 3000 il müddətinə HƏBS EDİLDİ

ABŞ-ın Pensilvaniya ştatında 44 yaşlı pedofil çoxsaylı cinayətlərdə günahkar bilinərək 3000 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Metyu Perri adlı şəxs 3523-cü ildə şərti azadlığa buraxılacaq.

Qeyd olunub ki, cinayəti törədən şəxs 2016 və 2017-ci illərdə kiçik qıza dəfələrlə təcavüz etdiyi üçün həbs edilib. 2022-ci ilin mayında o, 80 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 2020-ci ilin oktyabrında Perri başqa bir qıza təcavüzdə ittiham olunub. Azyaşlı 2008-ci ildə pedofilin qurbanı olub. Ümumilikdə, cinayətkar 13 yaşınadək uşaqlara qarşı cinsi xarakterli 13143 cinayətdə təqsirli bilinib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*