Ekvadorda torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb, 30 nəfərdən isə xəbər yoxdur.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorda güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib, 30 nəfər isə itkin düşüb.
Yanğınsöndürmə rəsmisi Angel Barriga bildirib ki, sürüşmə nəticəsində bağlanan yollar axtarış-xilasetmə işlərinə ciddi maneə törədir.
Rəsmiyyə Şərifova,
KONKRET.az