Tovuzda 2 avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

Tovuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Tovuz rayon ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, Qovlar ərazisində 2 minik avtomobilin toqquşması nəticəsində 4 nəfər, 1949-cu il təvəllüdlü Çiçək Sadıqova, 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Lahıçova Gülmaya və avtomobillərdən birinin sürücüsü xəsarət alıb. Onlar xəstəxanaya müraciət ediblər, vəziyyətləri qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Tovuz rayonunda gün ərzində daha 2 avtomobil qəzası qeydə alınıb. Həmin qəzalarda da yüngül xəsarət alanlar olub və onlara ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*