Tovuzda 34 yaşlı kişi bıçaqlandıbackend

Tovuzda 34 yaşlı kişi bıçaqlandı

Tovuz rayonunun Köhnəqala kəndində bıçaqlanma olub.

KONKRET.az xəbər verir ki, rayonun Məşədilər kənd sakini, 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada aralarında olan şəxsi münasibətlər zəminində tanışı, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlu ilə mübahisə edib.

Mübahisə zamanı C.Xanmirzəyev E.Alıyevi bıçaqla vuraraq ona döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib.

Hadisə ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*