Tovuzda yanğın hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.
Yaxınlıqda olan evlər yağından Mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.