Tovuzda avtomobil yandı – Xəsarət alan varbackend

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Tovuzda minik avtomobili yanıb. 

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ2107” markalı minik avtomobili anidən yanıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb, yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*