Tovuzda iki maşın toqquşdu – Xəsarət alanlar varbackend

Tovuzda iki maşın toqquşdu - Xəsarət alanlar var

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2017” və “OPEL” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1 azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B. Huseynov, 1982-ci il təvəllüdlü A. Əliyev, 1978-ci il təvəllüdlü E. Ələsgərov, 2006-cı il təvəllüdlü R. Qasımov, 2009-cu il təvəllüdlü H. Abdullayev və 2020-cı il təvəllüdlü R. Rüstəmovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*