Toydan çıxan şəxs ağır qəza törətdi, ölən varbackend

Toydan çıxan şəxs ağır qəza törətdi, ölən var

Gecə saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Bakı-Quba yolunda “Kia Optima” markalı avtomobil Xaçmaz rayon sakini, 29 yaşlı Hüseynağa Qəribovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bildirilir ki, hadisəni törədən sürücü həmin gün toyda iştirak edib və dayısı oğluna məxsus avtomobili idarə edirmiş. Hadisədən sonra sürücü maşını orada qoyaraq ərazidən uzaqlaşıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*