Toydan qayıdan dostlar qəzaya düşdü – QUBADAbackend

Toydan qayıdan dostlar qəzaya düşdü - QUBADA

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın Şimal bölgəsi xəbər verir ki, toydan qayıdan dostlar qəzaya düşüb.

Hadisə gecə saatlarında Quba rayonu ərazisində baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Dünyasını dəyişən Quba rayon Bərqov kənd sakini, 1986-cı il təvəllüdlü Cəbrayılov Cəlal Cavanşir oğludur. Onunla birlikdə avtomobildə olan dostu, Quba Rayon Paşaoba kənd sakini, 1992 ci il təvəllüdlü Əhmədov Ceyhun Yadigar oğlu ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

KONKRET.az-ın bölgə müxbirinin digər məlumatına görə, Xaçmaz rayon sakinini Qubada maşın vurub. 1988-ci il təvəllüdlü Məmmədəliyev Şıxbala Şıxzadə oğlu naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müxbir: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*