Toydan qayıdan həmyerlisini siqaret üstündə öldürən şəxsə AĞIR CƏZAbackend

Toydan qayıdan həmyerlisini siqaret üstündə öldürən şəxsə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qətl törətməkdə təqsirləndirilən İnsanağa Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Musayevin sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Qeyd: 24 may 2022-ci il tarixə keçən gecə, saat 00 radələrində Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində Heydər Əliyev parkının qarşısında qeydə alınıb.

Belə ki, şəhər sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əfsərağa oğlu Əsgərov həmyerlisi, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğluna bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib.

İttihama görə, hadisədən qabaq qohum toyundan qayıdan Natiq Əhmədov bacısı oğlunu yola salarkən sözügedən ünvanda şəhər sakini İnsanağa Əsgərov qəflətən qarşısına çıxaraq ondan siqaret istəyib. Elə olay da bundan sonra baş verib. Natiq Əhmədov ürək nahiyəsindən aldığı bıçaq yarasından hadisə yerində keçinib.

Mərhumun özündən sonra üç qız, bir oğul övladı qalıb.

Olaydan sonra İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*