“Toylarımızdakı təmtəraqdan, israfçılıqdan uzaq olmalıyıq…”backend

“Toylarımızdakı təmtəraqdan, israfçılıqdan uzaq olmalıyıq...

“Toyda ancaq qohum-əqrabalar olmalıdır. Əvvəllər insanlar bir dəfə salam verdiyi adamı da toylarına dəvət edirdilər”
KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov müəyyən qaydalar çərçivəsində toylara icazə verilməsinin vacib olduğunu bildirib:
“Artıq müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilməlidir. Təbii ki, o təmtəraqdan, israfçılıqdan uzaq olmalıyıq. Toyda ancaq qohum-əqrabalar olmalıdır. Əvvəllər insanlar bir dəfə salam verdiyi adamı da toylarına dəvət edirdilər. Ən yaxın adamlar toyda iştirak etməlidir. Biz indi şadlıq saraylarının tələb etdiyi qaydayla oturub-durmalı deyilik axı. Onlarda adamın biri 100-150 manat hesablanır, amma heç bir adam da bu məbləğdə yemək yeyə bilərmi? Azmı olub toyun sonunda şadlıq sarayının pulu verilə bilmədiyi üçün bəy və gəlini girov saxlayıblar.  Biz artıq hər şeyi götür-qoy etməliyik. Pandemiya bütün bunları bizə göstərdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*